Gömrük əməkdaşı məhkəmədə ifadə verib

8 Noyabr 2018 19:11 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Gömrük Komtəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşı dindirilib.

Şahid Sabir Seyfullayev ifadəsində V.Həsənovun İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə dərman gətirdiyini deyib.
Təqsirləndirilən V.Həsənov isə bildirib ki, İrana gedib-gələn zaman Biləsuvarda gömrük əməkdaşı S.Seyfullayevi görüb.

Qeyd edək ki, V.Həsənov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. (oxu.az)

AzNews.az