Yeni səfir nazirin qəbulunda - FOTO

8 Noyabr 2018 22:24 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib.

Tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Səfir Bernd Aleksandr Bayerl etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bundan əvvəl Elmar Məmmədyarov Argentinanın XİN başçısını Azərbaycana səfərə dəvət edib.

AzNews.az