Derbi sonrası cəzalar açıqlandı - FOTOLAR

8 Noyabr 2018 22:51 (UTC+04:00)

Türkiyə Futbol Federasiyası Professional Futbol İntizam Heyəti Qalatasaray-Fənərbaxça derbisinin ardından yaşanan hadisələrə qarışan şəxsləri cəzalandırıb.

Müəyyənləşən cəzalara əsasən, Fatih Terim 7 oyun, Hasan Şaş 8 oyun, Ndiaye 5 oyun, Donk 6 oyun, Rodrigues 3 oyun, Jailson 8 oyun, Soldado 6 oyun meydanda olmayacaq, Mariano isə 5 min TL pul cəzası ödəyəcək.

Sarı-qırmızılı klubun ikinci rəhbəri Abdurrahim Albayraka oyunun sonunda meydançada olduğu üçün xəbərdarlıq edilib.

AzNews.az