SON DƏQİQƏ! FED faiz qərarını açıqladı

8 Noyabr 2018 23:37 (UTC+04:00)

ABŞ Mərkəzi Bankının (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclası başa çatıb.

AzNews.az xəbər verir ki, FED faiz dəyişikliyinə getməyib və faizi 2,00- 2,25-də saxlayıb.

İqtisadçı Maykl Feroli noyabr ayındakı komitə iclasında bir çox dəyişiklik gözləmədiklərini və iqtisadiyyatın gücləndiyini söyləyir.

ABŞ iqtisadiyyatı iyul və sentyabr ayları arasında orta hesabla 3.5 faiz güclənmişdi və işsizlik tarixin ən aşağı səviyyəsinə enmişdi.

Dekabr ayında bir daha toplaşacaq FED-in ən az 25 əsas xal faiz artırması gözlənilir.

AzNews.az