Prokuror düyməyə basdı: 103 hərbçi həbs edildi - Aralarında 2 polkovnik də var

9 Noyabr 2018 09:25 (UTC+04:00)

Terror təşkilatı FETÖ-nun Türkiyə Silahlı Qüvvələrindəki istintaqı çərçivəsində 103 hərbçi haqda həbs qərarı verilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "Sabah" qəzeti yayıb.

İstanbulun Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı məlum olub ki, hərbçilər xüsusi telefonlarla FETÖ imamları ilə danışıblar.

Gözaltına alınanlar arasında 2 polkovnikin, 2 polkovnik-leytenantın da olduğu deyilir.

Babək Göyüş

AzNews.az