“Qarabağ”ın təyyarəsi geri dönüş edə bilmədi - Reys təxirə salındı - TƏCİLİ

9 Noyabr 2018 09:37 (UTC+04:00)

“Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

Əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib.

Bu barədə məlumatı “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli verib. Onun sözlərinə görə, təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Onu da bildirək ki, əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib. (oxu.az)

© AzNews.az