ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları Paradays şəhərinin demək olar ki, yarısını yerlə-yeksan edib.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı yerli Yanğından mühafizə xidmətinin rəsmisi Skott Maklin yayıb.
Onun sözlərinə görə, şəhərdə 2 min ev külə dönüb, şəhər sakinləri arasında ölənlər də var.
2 yanğınsöndürənin və bir neçə mülki şəxsin də yaralandığı haqda məlumatlar əldə edilib.
Güclü külək yanğının daha da böyük əraziyə yayılmasına şərait yaradıb.
Babək Göyüş
AzNews.az