Azyaşlı qardaşlar diri-diri yandı - Şirvanda faciə

9 Noyabr 2018 09:57 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahəsi yanaraq sıradan çıxıb.

Yanğında 2013-cü il təvəllüdlü Əbilov Məhəmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheydər Ramil oğlunun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbi araşdırılır.

Bahar RÜSTƏMLİ
AzNews.az