Yataqxanada güclü yanğın - 7 nəfər öldü

9 Noyabr 2018 10:13 (UTC+04:00)

Yanğın nəticəsində azı 7 nəfərin öldüyü, daha 20 nəfərin isə yaralandığı bildirilir.

Yanğının yataqxananın 3-cü mərtəbəsində başladığı, daha sonra yayıldığı qeyd edilir.

Yanğının söndürülməsinə 52 yanğınsöndürən maşın və 173 nəfər cəlb edilib.

Yanan binanın 30 il öncə inşa edildiyi və avtomatik yanğınsöndürmə qurğuları il təchiz edilmədiyi deyilir.(trend.az)

AzNews.az