“Qarabağ”ın rəqibinin yeni baş məşqçisi

9 Noyabr 2018 12:40 (UTC+04:00)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.

Lissabon təmsilçisi Marsel Keyzerə həvalə olunub.

44 yaşlı hollandiyalı mütəxəssis 2021-ci il iyun ayının 30-na kimi komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, "Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib. Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0.

Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.(report.az)

AzNews.az