Türk yazarın sevgilisi Adriana Lima sonuncu dəfə podiuma çıxdı və ağladı

9 Noyabr 2018 12:48 (UTC+04:00)

Xəbər verildiyi kimi dünən ABŞ-ın Nyu-York şəhərində Victoria`s Secret brendinin çoxdan gözlənilən şousu baş tutub. Şouda dünya modelinin ən seksual simaları çıxıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, şouya sonuncu dəfə türk yazar Metin Haranın sevgilisi, "Victoria`s Secret"in mələyi, 37 yaşlı braziliyalı super model Adriana Lima da qatılıb.

"Mələk" kimi ilk dəfə 1999-cu ildə podiuma çıxan Lima bu tədbirdə göz yaşlarını saxlaya bilməyib.

O, İnstagramda Victoria`s Secret brendinə minnətdarlıq yazmağı da unutmayıb:

"Hörmətli, Victoria. Çox sağ olun ki, məni bütün dünyaya göstərdiniz, mənimlə öz sirrlərinizi bölüşdünüz. Bu, mənə təkcə qanad vermədi, həm də uçmağı öyrətdi".

Qeyd edək ki, braziliyalı model 2009-2016-cı illərdə serb basketbolçusu Marko Yariçlə evli olub. Cütlüyün bu evlilikdən Valentina və Sienna adlı 2 qız övladı var.

Hazırda Lima Forbes-ə görə ən çox qazanan türk yazarları arasında yer alan Metin Hara ilə 2017-ci ilin iyul ayından sevgilidir.

Babək Göyüş

AzNews.az