“Liverpul”un satılacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirildi

9 Noyabr 2018 21:33 (UTC+04:00)

“Liverpul” rəhbərliyi klubun satılacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Klubun mətbuat katibi klub sahibi Con Henrinin belə bir niyyət güdmədiyini bildirib.

O, bu cür söz-söhbətləri spekulyasiya məqsədi ilə dövriyyəyə buraxıldığını deyib.

Qeyd edək ki, C. Henri 2010-cu ildən klubun sahibidir. O, “Liverpul”u 477 milyon dollara alıb.

Hazırda “Forbes” sözügedən İngiltərə klubunu 1,9 milyard dollara qiymətləndirir. (oxu.az)

AzNews.az