Suriyaya avia zərbələr endirildi - 26 dinc sakin öldü

10 Noyabr 2018 09:02 (UTC+04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Ceyr-ez-Zor əyalətinin Xadjin şəhərinə avia zərbələr endirib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı SANA agentliyi yayıb. Zərbələr zamanı 26 dinc sakinin öldüyü deyilir.

Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Xatırladaq ki, ötən həftə koalisiya qüvvələrinin Deyr-ez-Zor vilayətində zərbələri 14 mülki şəxsin həyatına son qoymuşdu.

Babək Göyüş

AzNews.az