Cəbhə xəttində döyüş səngimir: 2 hərbçi öldü - Donbasda

10 Noyabr 2018 09:54 (UTC+04:00)

Ukraynanın Donbas bölgəsində təmas xəttində tərəflər bir-birini yenə güllə yağışına tutub. Nəticədə 2 ukraynalı hərbçi həlak olub.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın Krımsk, Svoboda, Luqansk, Avdeyevka, Peski, Taramçuk, Beryozovo və Qnutovo yaşayış məskənlərindəki mövqeləri qarşı tərəfdən atəşə tutulub.

Babək Göyüş

AzNews.az