Fransa Prezidenti Emmanuel Makronun vahid Avropa ordusu yaratmaq ideyası təhqiramizdir.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, əksər hallarda ABŞ tərəfindən maliyyələşdirilən NATO-ya Avropa öz payını ödəməlidir.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın vahid ordu yaratmalı olduğunu bildirib. O, Avropanın ABŞ-dan asılılığını azaltmalı olduğunu deyib. (axar.az)
© AzNews.az