Nurməhəmmədov prezidentin qonağı olub

10 Noyabr 2018 15:27 (UTC+04:00)

Yüngül çəkidə UFC çempionu olan Həbib Nurməhəmmədov Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub.

“Ramzan Əhmədoviçə qonaq getdim, o, qonağı hər kəsdən yaxşı qarşılamağı bacarır, başqaları ancaq bundan nümunə götürə bilərlər”, - deyə döyüşçü öz “Instagram” səhifəsində yazıb.

Bundan öncə Kadırov Murməhəmmədovla amerikalı boksçu Floyd Meyveyzer arasında döyüş keçirilə biləcəyini bildirib.

O idmançılar razılığa gələrsə, Çeçenistanın bu döyüşü təşkil edə biləcəyini vurğulayıb. (Oxu.Az)

© AzNews.az