ABŞ Türkiyə sərhədində 5 000 terrorçunu silahlandırdı

11 Noyabr 2018 12:33 (UTC+04:00)

Publika.az xəbər verir ki, təlimlərdən sonra terrorçulara məzun diplomları və ixtisaslarına uyğun silah verilib.

Türkiyə mətbuatının məlumatlarına görə, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğular, tank əleyhinə mexanizmlər istifadəsi, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması öyrədilib.

ABŞ tərəfindən verilən təlimlər “Sərhəd Təhlükəsizliyi Birliyi Xüsusi Təlimlər” başlığı altında gerçəkləşdirilir. Təlimlərin ilk günündən etibarən bütün terror təşkilatı üzvlərinə Pentaqon tərəfindən 200 dollar məbləğində maaş verilir.

Qeyd edək ki, ABŞ İŞİD-lə mübarizə adı altında PKK/YPG terrorçularına hərbi, elmi dəstək verir, onları silahlandırır.