Elxan Poluxov etimadnaməsini təqdim etdi

11 Noyabr 2018 13:43 (UTC+04:00)

Azərbaycanın Trinidad və Tobaqodakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini bu ölkənin prezidenti, xanım Paula-Mae Vikesə təqdim edib.

Səfir iqamətgahı Braziliyanın Brazilia şəhərində olan Trinidad və Tobaqo prezidenti ilə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

O, Trinidad və Tobaqoda səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərini əsirgəməyəcəyini söyləyib.

Elxan Poluxov, ölkəmiz haqqında, xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq səviyyədə, qlobal əhəmiyyətli layihələrdə iştirakı, ölkəmizdə keçirilən mötəbər tədbirlər haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirə aparıb.

Səfir Prezident Sarayının xatirə kitabını imzalayıb.(qafqazinfo.az)

AzNews.az