Fransa təyyarəsi Rusiyada təcili eniş etdi

11 Noyabr 2018 15:33 (UTC+04:00)

"Air France" aviaşirkətinin "Boeing-777" təyyarəsi Rusiyanın İrkutsk şəhərində qəza enişi edib.

Təcili enişə səbəb təyyarənin içində baş verən tüstülənmə olub. Xəsarət alan olmayıb.

Təyyarə Paris-Şanxay reysini yerinə yetirirdi. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 280 nəfər olub. Bütün sərnişinlər aeroportun mehmanxanası və şəhər hotellərində yerləşdirilib.(trend.az)

AzNews.az