Tovuzda avtomobil qəzası: xəsarət alan var

11 Noyabr 2018 22:02 (UTC+04:00)

Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Alakol kəndində qeydə alınıb. İlkin məlumatlara görə, sükan arxasında olan sürücünün anidən halı pisləşib və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hələki kimliyi məlum olmayan sürücü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az