IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına iki gün qaldı

12 Noyabr 2018 09:40 (UTC+04:00)

AzNews.az-ın verdiyi məlumata görə, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə təşkil edilir.

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi də təşkilatı dəstək qismində festivalda iştirak edir.

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına bu il 45 ölkədən 490 film göndərilib. Seçim Komissiyasının qərarına əsasən festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 qısa film yarışacaq.

Festival filmləri 14-17 noyabr tarixlərində Nizami Kino Mərkəzi, CinemaPlus 28 Mall kinoteatrında saat 12:00- dan 16:00-a kimi nümayiş olunacaq.

Filmlər Azərbaycan dilində altyazı ilə göstəriləcək.

Film Festivalında 71-ci Beynəlxalq Kann kinofestivalında mükafat almış filmin Azərbaycan premyerası baş tutacaq. Film haqqında ilk dəfə mətbuat konfransında məlumat veriləcək.

Qeyd edək ki, Beynəlxalq münsiflər heyətinin tərkibində iki yerli, üç əcnəbi kinematoqçı təmsil olunur.

Həmçinin festival çərçivəsində müsabiqə proqramında filmləri nümayiş olunan 18 əcnəbi kinorejissor Bakının qonağı olacaqlar.

Festival qaliblərinə bu il ilk dəfə təsis olunan “Qızıl Nar” mükafatı təqdim olunacaq.

Qeyd edək ki, bu gün, saat 12:00-da Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək.

AzNews.az