Bakı Uşaq Teatrı yeni məkanda
8 Aprel 2013 13:37 (UTC+04:00)
Bakı Uşaq Teatrı iki gündür ki, yeni məkanında fəaliyyət göstərir. Bunu AzNews.az-a teatrın direktoru İntiqam Soltan bildirib.
Teatrın direktorunun fikrincə, yenicə məskən saldıqları Qurban Abbasov adına Mədəniyyət Mərkəzi Hüseynqulu Sarabski adına Mədəniyyət Mərkəzindən qat-qat rahatdır:
"Düzü, bilmirik, burada müvəqqətiyik, ya daimi. Amma etiraf edim ki, bura "Sarabski adına Mədəniyyət Evi"indən qat-qat rahatdır. 300 nəfərlik zal, təmirli məkan, işıqlarına da söz ola bilməz. Aprelin 12-də "Dostlar, biz buradayıq" adlı şou təqdim edəcəyik".
Bahar Rüstəmli
AzNews.az