Sabah da yağış yağacaq

12 Noyabr 2018 12:45 (UTC+04:00)

Noyabrın 13-ü gündüz saatlarında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 12-16, dağlarda 3-6 dərəcə isti təşkil edəcək.

Səidə Nurməmmədli,
AzNews.az