Prezident İlham Əliyev Belarusa gedir

12 Noyabr 2018 14:08 (UTC+04:00)

Bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.

Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: “Bizim danışılası çoxlu mövzumuz var”.

Belarus lideri ilin əvvəlindən bəri iki ölkə arasında ticari dövriyyənin 3 dəfədən çox artığını bildirib.

Humanitar sahədəki əməkdaşlığa diqqət çəkən Lukaşenko təxminən 500 azərbaycanlının Belarusda təhsil aldığını qeyd edib: “Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və razılığa gəlmişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur”.(qafqazinfo.az)

AzNews.az