Kanada kəşfiyyatı Qaşıqçı cinayətinin səs yazılarına qulaq asıb - Baş nazir

12 Noyabr 2018 15:57 (UTC+04:00)

Kanadanın Baş naziri Justin Trudeau Kanada kəşfiyyatının Camal Qaşıqçı cinayətinin səs yazılarına qulaq asdıqlarını açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, səs yazılarına şəxsən qulaq asmadığını və Səudiyyə Ərəbistanına qarşı atılacaq addımlarda müttəfiqlərlə birlikdə çalışacaqlarını deyib.

Böyük Britaniyanın Baş naziri Teresa Meyin sözçüsü Səudiyyə Ərəbistanında görüşlər keçirən xarici işlər naziri Huntun Səudiyyəli liderlərə Qaşıqçı məsələsində daha çox səy göstərmələri üçün təzyiq göstərəcəyini bildirib.

Babək Göyüş

AzNews.az