Putin Türkiyəyə gedir

12 Noyabr 2018 17:56 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin “TürkAkım” qaz boru xəttinin dənizdən keçən hissəsinin yekunlaşması ilə bağlı tədbirdə iştirak etmək üçün noyabrın 19-da İstanbula gedəcək.

Xəbərdə, “TürkAkım”ın hər biri ildə 15.7 milyard kubmetr qaz nəql edəcək 2 qoldan ibarət olduğu və layihənin ilk qolu ilə qazın Türkiyəyə, ikinci qolu ilə isə Avropanın cənub və cənub-qərbinə göndərilməsi planlaşdırıldığı deyilir.

Qaz nəqlinə 2020-ci ildə başlanacağı deyilir.

Pərvanə AĞAZADƏ
AzNews.az