"Putin, sən mənim şəxsi düşmənimsən" - Ölən ukraynalı döyüşçünün atası

13 Noyabr 2018 08:45 (UTC+04:00)

Donbasda həlak olan ukraynalı döyüşçünün atası Pavel Selixov Putini şəxsən özünün və bütün ukraynalıların düşməni adlandırıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində paylaşıb.

Pavel statusunda rusiyalı hərbçilərin onun oğlunu necə əsir götürməsindən və ukraynalılara qarşı döyüşməyə məcbur edildiyindən yazıb:

"Donbasda noyabrın 10-da Svetlodarsk rayonu ərazisində mənim oğlum Roman Rusiya minasında partlayaraq ölüb. Rus işğalının ilk günlərindən başlayaraq o, könüllü olaraq Ukraynanın müdafiəsinə qalxıb. Dəfələrlə Roman döyüşlərdə rus hərbçiləri ilə təmasda olub. Əsir düşənlər günahları olmadıqlarını və onları məcbur etdiklərini söyləyiblər. Ruslar, siz görəsən banditlərə söykənərək hansı sülhü qorumağa gəlmisiniz? Putin, bu yazdıqlarımı oxu, ya da qoy sənə çatdırsınlar. Sən bütün ukraynalıların və şəxsən mənim düşmənimsən. Vaxt gələcək, beynəlxalq məhkəmədə bunun cavabını verəcəksən".

Xatırladaq ki, noyabrın 10-da Ukraynanın 1974 və 1976-cı il doğumlu iki hərbçisi həlak olub. Onlar minanın partlaması nəticəsində həyatlarını itiriblər.

Noyabrın 11-də Novotoşkovsk qəsəbəsi yaxınlığında Ukrayna döyüşçüləri Romanın heyfini alıblar. Atışma zamanı iki bandit öldürülüb, ikisi isə yaralanıb.

Babək Göyüş

AzNews.az