Kıvanç Tatlıtuğun serialının yayım vaxtı Açıqlandı

13 Noyabr 2018 10:20 (UTC+04:00)

Kıvanç Tatlıtuğ və Elçin Sangunun rol aldığı ''Çarpışma" serialının yayım vaxtı açıqlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ay Yapımın həyəcanla gözləndiyi yeni serialı noyabrın 22-də Bakı vaxtı ilə axşam saat 21.00-da Show TV-də başlayır.

Baş rollarda Kıvanç Tatlıtuğ, Elçin Sangu, Onur Saylak, Alperen Duymaz, Melisa Aslı Pamuk oynayacaq.

''Çarpışma" dörd avtomobilin bir-birilə toqquşmasından sonra kəsişən həyatlara həsr olunub.

Serialın rejissoru Uluç Bayraktar, ssenaristi isə Ali Aydındır.

Babək Göyüş

AzNews.az