Mikroavtobus qəzaya düşdü - 10-a yaxın yaralı var

13 Noyabr 2018 10:33 (UTC+04:00)

Hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az