İran ordusu təhdidlərə cavab verdi: “Başlaya bilərik!”

13 Noyabr 2018 12:02 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran ordusunun məsul şəxsi Mahmud Musəvi verdiyi açıqlamada neft tankerlərinə edilən istənilən təhdidə qarşı İran ordusunun hazır olduğunu deyib:

“İran əsgərləri keçmişdə olduğu kimi, bu gün də neft tankerlərini qorumağa hazırdır. Dəniz yolunu da istifadə etməyə başlaya bilərik”.

Pərvanə AĞAZADƏ
AzNews.az