Haldun Hacıyev tutularaq Azərbaycana ekstradisiya edildi - Axtarışda idi

13 Noyabr 2018 12:52 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev Türkiyə Respublikasında saxlanılıb və ekstradisiya edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az