Myanma liderinin mükafatı geri alındı

13 Noyabr 2018 12:57 (UTC+04:00)

Beynəlxalq Əfv Təşkilatı Myanma lideri Anq San Suu Çiyə verilən “Vicdan elçiliyi” mükafatını geri alıb.

Kult.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında informasiya yayılıb.

Təşkilatın məlumatına görə, And San Suu Çi bir vaxtlar müdafiə etdiyi dəyərlərə utancverici bir şəkildə xəyanət etdiyi üçün 2009-cu ildə ona təqdim edilmiş mükafatdan məhrum edilib.

“Bu gün artıq ümidin, cəsarətin və insan haqlarının əbədi müdafiəçiliyinin bir simvolu olmadığınız üçün dərin təəccüb içərisindəyik”, - təşkilatın rəhbəri Kumi Naidonun Myanma liderinə göndərdiyi məktubda deyilib.

Qeyd edək ki, Myanma lideri Anq San Suu Çi Nobel sülh mükafatçısıdır.(kult.az)

© AzNews.az