Külli miqdarda siqareti yanacaq çənində gizlətdi

13 Noyabr 2018 14:17 (UTC+04:00)

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz E220 CDI" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerində, arxa buferin sağ və sol qanadlarında olan boşluqlarda, ön panelin (şitin) arxa hissəsində olan boşluqlarda gömrük nəzarətindən gizlədilmiş 9840 ədəd "Belomorkanal", 540 ədəd "Baltiyskie", 4400 ədəd "Parliament Heets" və 440 ədəd "Marlboro Seventy Twos" markalı siqaretlər aşkarlanıb.

Nigar CƏFƏR

AzNews.az