“Rusiya Ermənistandakı seçkilərdən sonra ciddi addımlar atacaq” - Politoloq

13 Noyabr 2018 16:17 (UTC+04:00)

“Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi dəyişlik yaratmaq iqtidarında olduğunu düşünmürəm”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, münaqişə ilə bağlı məsələlər Aİ-də sənəd üzərindədir: “Münaqişənin tənzimlənməsi ilə bağlı Aİ-nin mərkəzində oturan və yerlərdəki nümayəndələrinin mövqeyi arasında fərq var. Hazırda münaqişənin tənzimlənməsində əsas aktivliyi Rusiya göstərir. Düşünürəm ki, Rusiya münaqişənin həlli üçün keyfiyyət mərhələsi yaratmaq ərəfəsindədir. Rusiya Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra ciddi addımlar atacaq”.

Qeyd edək ki, bir müddət öncə Bakıda səfərdə olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid etdiyini bildirmişdi.

© AzNews.az