Rusiyanın Ermənistandakı hərbi bazasında dava düşdü

13 Noyabr 2018 16:24 (UTC+04:00)

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasında xidmət edən əsgərlər arasında dava olub.

Sakinlər noyabrın 13-də iki nəfərin qışıqırıb, söyüş söydüklərini və dalaşdığını görüblər.

Sonradan onların Gümrüdəki hərbi hissənin əsgərləri-artilleriya diviziyasının ikinci batereyasının rabitəçisi 21 yaşlı sıravi Vladislav Romadin və həmin hərbi bazanın sürücüsü 20 yaşlı sıravi Dmitri Krasnin olduğu müəyyən edilib.(report.az)

© AzNews.az