"Çap məhsullarının üzərindən əlavə dəyər vergisi götürülsə... - Əflatun Amaşov

13 Noyabr 2018 16:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Deputat bildirib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

Amaşov təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını da təklif edib:

“Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.

Elgün
AzNews.az