Biz olmasaydıq, Parisdə almanca öyrənməyə başlamışdınız - Tramp Makronu acıladı

13 Noyabr 2018 16:58 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron ilə dostluqdan düşmənçilik fazasına keçən ABŞ prezidenti Donald Trampdan fransızları çox qəzəbləndirəcək daha bir tvit gəlib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Makronun Avropa Ordusu təklifindən sonra iki ölkə prezidentləri arasında soyuqluq yaranıb.

Bu soyuqluğu Trump gizlətməyib, əksinə Fransa prezidentini tvit atmaqla acılayıb : "Emmanuel Makron Avropanı ABŞ, Çin və Rusiyadan qorumaq üçün öz ordusunu qurur".

"Birinci və ikinci dünya müharibələrində Almaniya var idi. Bəs, bu müharibələr Fransaya necə təsir etdi? ABŞ ordusu gəlib çıxmasaydı, Parisdə almanca öyrənməyə başlayırdılar". Bu tviti isə Tramp bu gün yazıb.

Babək Göyüş

AzNews.az