“Azərişıq” ASC-nin məbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, yanğının elektrik stansiyasına aidiyyatı yoxdur:
“Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə yaxınlığında baş verib. Hazırda elektrik enerjisinin verilməsində də heç bir problem yaşanmayıb”.(qafqazinfo.az)
***
17:06
Elektrik stansiyasında yanğın baş verib.
Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən elektrik stansiyasında yanğın baş verib.
AzNews.az xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb .
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.
© AzNews.az