Türkiyə Liviya ilə bağlı toplantını yarımçıq tərk etdi

13 Noyabr 2018 17:10 (UTC+04:00)

Bu barədə Türkiyə Prezidentinin müavini Fuat Oktay məlumat verib.

“İtaliyada keçirilən Liviya konfransı rəsmi toplantı olmadığından və Türkiyənin prosesdən kənar saxlanılmasına cəhd göstərilməsi səbəbindən dərin təəssüf hissi ilə iclası tərk etmişik”, - o vurğulayıb.

Qeyd edək ki, İtaliyanın Palermo şəhərində Liviyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir.(report.az)

© AzNews.az