"Banklar sosial gərginlik yaradır" - Deputat

13 Noyabr 2018 17:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, hökumət bu sahədə qəti tədbirlər görməlidir.

“Bir çox özəl banklara özbaşınalıq etmələrinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”-deyə, o əlavə edib.

Deputat həmçinin qeyd edib ki, şəhid ailələri ilə bağlı məsələni həll etmək lazımdır. Bu, sadəcə, maliyyə məsələsi deyil, dövlətçilik, milli-mənəviyyat məsələsidir:

"Bu məsələlərdə gərginlik yaratmağa ehtiyac yoxdur. Biz vətəndaşlarımzda özünəməşğulluq proqramını təşviq edilməsinə geniş yer verməliyik. Belə olan halda, vətəndaş həm özünü təmin edəcək, həm də bazara məhsul çıxaracaq, sosial gərginlik olmayacaq. Bu, çox vacib məsələdir”.

Elgün
AzNews.az