OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

13 Noyabr 2018 18:36 (UTC+04:00)

2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır.

Bu barədə OPEC-in noyabr ayı üzrə hesabatında qeyd edilib.

2019-ci ildə isə ölkədə gündəlik neft hasilatının 10 min barel azalaraq 790 min barel olacağı gözlənilir.

AzNews.az