Fatih Terimə daha 3 oyun cəza verildi

13 Noyabr 2018 18:49 (UTC+04:00)

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə Türkiyənin Peşəkar Futbol İntizam Komitəsindən daha 3 matçlıq cəza verilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əvvəl hakimləri söydüyü üçün 7 oyunluq cəzası olan Terim əlavə 3 matçdan da məhrum edilib.

Ümumi cəzası 10 oyuna çıxan baş məşqçi “Kayserispor” qarşılaşması ilə cəriməsinin birini ödədiyindən ümumilikdə 9 matça çıxa bilməyəcək.

AzNews.az