Bu gecə hava necə olacaq? - Proqnoz açıqlandı

13 Noyabr 2018 20:06 (UTC+04:00)

Bu gün gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 7-9 dərəcə isti təşkil edəcək.

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 5-9 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

AzNews.az