Türk qırıcılarından bomba leysanı: 19 terrorçu məhv edildi

13 Noyabr 2018 23:17 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap, Hakurk, Qəndil, Avaşin-Basyan və Sinat-Haftanində hava əməliyyatları keçirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 PKK terrorçusu zərərsizləşdirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bununla da son 4 gündə öldürülən terroçuların sayı 57-yə çatıb.

AzNews.az