“Həyat yoldaşımı öldürdülər” - Xalq artisti

14 Noyabr 2018 10:48 (UTC+04:00)

“Həyat yoldaşımla Ağdam Teatrında tanış olmuşduq. Əvvəl ondan acığım gəlirdi, çox kobud idi”.

AzNews.az xəbər verir ki, bunu xalq artisti, Musiqili Teatrın aktyoru Fatma Mahmudova həyat yoldaşı, mərhum aktyor Tofiq Qarayevdən danışarkən deyib. Aktrisa həyat yoldaşının maşın ustası işlədiyini deyib:

“Teatra gəldi, başladı rollar oynamağa. Aktyor kimi ondan xoşum gəlirdi, amma xarakteri məni açmırdı. Nə biləydim ki, səhnədə birgə rollar oynayacağım insan mənim həyat yoldaşım olacaq. O, bəlkə də, mənim sözümə baxsaydı ,dünya üzrə bir nömrəli aktyor olardı. Onun əhatəsi yaxşı deyildi. Onu məhv etdilər, öldürdülər (ağlayır). Çox istedadlı, möhtəşəm aktyor idi”.

Qeyd edək ki, bu fikirləri xalq artisti Fatma Mahmudova “milli.az”a müsahibəsində deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az