Bakıdan Türkiyəyə “Ağıllı tülkü” aparırlar

14 Noyabr 2018 11:21 (UTC+04:00)

Teatrdan AzNews.az-a verilən məlumata görə, bu səfərdə məqsəd 13-25 noyabrda Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında iştirak etməkdir.

Teatr festivalda iki tamaşa ilə çıxış edir. Onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Tamaşanın müəllifi və quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, əməkdar artisti İntiqam Soltandır.

Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir. Biləcik Bələdiyyə başkanı Nihat Can, Bilecik millet vekili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və başqa rəsmi şəxslər festivalın açılışında iştirak edib.

Bahar RÜSTƏMLİ
AzNews.az