Məşhur aktrisa oteldən qovuldu

14 Noyabr 2018 13:11 (UTC+04:00)

Bir müddət narkotik maddə ticarətinə görə həbs cəzası alan aktrisa Gizem Karaca qaldığı oteldən qovulub.

Gizem çəkilişlərdə iştirak etmək üçün Fethiye rayonundakı oteldə qalıb. O, barda spirtli içki qəbul etdikdən sonra dava salıb. Müştəriləri narahat edən aktrisa oteldən qovulub.

İddiaya görə, Gizem “Bizim Semtin Çocukları” filminin çəkilişləri üçün Fethiye rayonundakı oteldə qalır. O, barda spirtli içki içib və otelin lobbisində qışqırmağa başlayıb. Otel işçiləri onu sakitləşdirməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra isə çəkiliş qrupunun işçiləri və aktyorlar məsələyə müdaxilə ediblər. Amma mübahisə getdikcə böyüyüb.

Məsələ böyüdüyü üçün otel rəhbərliyi digər müştəriləri narahat edən Gizemi oteldən qovub. Aktrisa daha sonra başqa bir otelə yerləşib.(ölkə.az)

© AzNews.az