1530 il həbsə məhkum edildi

9 Aprel 2013 07:03 (UTC+04:00)
Türkiyənin Konya şəhərində 4 il davam edən məhkəmə prosesinin sonunda ittiham edilən 2 şəxsə rekord həddə həbs cəzasi verilib. Belə ki, mütəşəkkil cinayətkar dəstə yaradaraq 99 cinayətdə ittiham edilən Mərd Əli Alnargün və onun köməkçisi Loğman Qaya 1530 il həbsə məhkum edilib.

Dəstənin digər üzvləri isə 1 illə 915 il arasında həbsə məhkum olubub. Məhkəmə sonunda 39 nəfərə bəraət verilib. Dəstənin zərərsizləşdirilməsi üçün isə polis internetdən istifadə edib. "İzmir gözəli" adı ilə dəstə başçısı ilə internetdə yazışan polis sonunda dəstəni zərəsizləşdirib.

Türkiyədə qüvvədə olan qanuna görə yüksək müddətə həbs cəzası verilən məhkumlar ən çox 39 il həbs çəkirlər.

Elnarə
AzNews.az