“Çina” oğlu haqda deyilənlərə aydınlıq gətirdi: “İstəyən gedib baxsın!”

14 Noyabr 2018 13:57 (UTC+04:00)

“Oğlum tanınan aktyordur”. Bunu AzNews.az-a açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktyoru Çingiz Əhmədov oğlu İbrahim Çingizin müğəni olması ilə bağlı söhbətlərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, oğlu İbrahim Çingiz Rus-Dram Teatrının aktyorudur:

“Oğlum aktyordur, teatrda çalışır. Aleksandr Şarovskinin quruluş verdiyi “Təhminə və Zaur” tamaşasında baş rolda oynayır. İstəyən gedib baxsın. Eyni zamanda da seriallarda oynayır. O, həm də rep ifaçısıdır”.

Bahar RÜSTƏMLİ
AzNews.az