Monika: “Alt paltarımı Klintona göstərdim”

14 Noyabr 2018 15:59 (UTC+04:00)

90-cı illərdə ABŞ-ın keçmiş prezidenti Bill Klintonla özəl münasibətlərinə görə gündəmə gələn və bütün dünyada məşhur olan Monika Levinski yeni yayımlanan sənədli filmdə bu haqda danışıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, bir zamanlar Ağ evdə işləyən Monika Levinski Klintonu başdan çıxarmaq üçün alt paltarını göstərdiyini deyib. 1995-ci ildə Ağ evdə işçilər üçün verilən ziyafətdə “Şalvarım düşürdü, normalda yuxarı çəkərdim, amma etmədim. Bunu otaqda heç kim görmədi, amma Clinton gördü”, - deyə bildirib.

Qeyd edək ki, Klinton arvadı Hillari Klintonu Levinski ilə aldadıb. Hillari Klinton gözləntilərin əksinə olaraq, ondan boşanmayıb.

AzNews.az